"Turan Tovuz"un təlim-məşq bazası inşa olunacaq - FOTOLAR

17:49 - 28 Mart 2025

Bu gün "Turan Tovuz"un Tovuz şəhər stadionunda yeni inşa edilmiş əsas korpus binasının açılış mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, bölgə klubu daha bir addım atıb. Belə ki, “Turan Tovuz” təlim-məşq bazası inşa etdirəcək. Həmin baza Tovuzun Abulbəyli kəndinin ərazisində yerləşəcək.

Burada üç meydana salınacaq ki, onlardan ikisi təbii örtüklü, biri isə süni örtüklü olması gözlənilir. Tikinti işlərinə yayda start veriləcək.

“Turan Tovuz”un Müşahidə Şurasının rəhbəri Ehtiram Quliyev yeni binanın açılışından sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev və idman jurnalistləri ilə birlikdə həmin əraziyə yollanıb.

Xəbər xətti