"Milan"ın "Mançester Siti"dən icarəyə götürdüyü Kayl Uoker karyerasını İtaliyada davam etdirməyə hazır olduğunu bildirib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, İtaliya klubu cari mövsümün sonunda futbolçunu 5 milyon avroya qarşı tərəfdən transfer etməyi planlaşdırır.
Bundan sonra “Milan”ın Uokerin maaşını ildə 4,5 milyon avroya qədər artırmaqla 2027-ci ilə qədər yeni müqavilə imzalaması gözlənilir.
Futbolçunun özü "Milan"da qalmasını istəyir və "Mançester Siti"yə qayıtmaq haqda düşünmür.
saytlarin hazirlanmasi