"Arsenal"ın futbolçusu "Real"a iki qol vurdu, tarixə keçdi

10:49 - 9 Aprel 2025

"Arsenal"ın futbolçusu Deklan Rays UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Real"la görüşdə cərimə zərbəsindən iki qol vurmaqla adını tarixə yazdırıb. 

O, buna qədər 1/4 finalın ilk duelində dubl edən Rivaldo, Kriştiano Ronaldo, Neymar və Hakim Ziyeşin uğurunu təkrarlamış olub. 

Qeyd edək ki, "Arsenal" "Real"ı Rays və Mikel Merinonun qolları sayəsində 3:0 hesabı ilə məğlub edib.

Xəbər xətti