Türkiyə Kubokunda finalın məkanı bəlli oldu

19:48 - 16 Aprel 2025

Türkiyə Kubokunda 2024/2025 mövsümünün final matçının vaxtı və yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, həlledici oyun Eskişehir Yeni Stadionunda baş tutacaq. Oyun 14 may tarixində, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Kubokun yarımfinalında "Qalatasaray" "Konyaspor"la, "Trabzonspor" "Göztepe" ilə üz-üzə gələcək.

Xəbər xətti