Çempionlar Liqası: "Arsenal" və "İnter" yarımfinalda- YENİLƏNİB

00:57 - 17 Aprel 2025

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki görüşü keçirilib.

Sportal.az xəbər verir ki, "Real" Londonda 0:3 hesabı ilə uduzduğu "Arsenal"ı evdə qəbul edib. Bu görüşdə Madrid klubu məğlubiyyətin əvəzin çıxa bilməyib. Belə ki, matç 1:2 hesabı ilə yekunlaşıb. London klubu adını yarımfinala yazdırıb.

"Bavariya" isə İtaliyada "İnter"lə üz-üzə gəlib. Bu matçda da "Bavariya" 2:2 hesablı heç-heçə ilə Milan klubunun müqavimətini qıra bilməyərək turnirlə vidalaşmalı olub.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00. “Real" - “Arsenal" 1:2 İlk oyun - 0:3

Qollar: V.Junior,67, - B.Saka,65, G.Martinelli,90+3

23:00. “İnter" - "Bavariya" 2:2  İlk oyun - 2:1

Qollar: L.Martinez,58, B.Pavard,61, - H.Keyn,52, E.Dier,76

Xəbər xətti