Müller 3-cü yeri Messi ilə bölüşür

23:26 - 16 Aprel 2025

Tomas Müller Çempionlar Liqasında oyun sayı üzrə üçüncü yeri Lionel Messi ilə bölüşür.

Sportal.az xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi 1/4 finalda hazırda davam edən "İnter"ə qarşı oyuna start heyətində çıxaraq turnirdə 163-cü matçını keçirib.

Qeyd edək ki, alman və argentinalı futbolçunu yalnız Kriştianu Ronaldo (183 oyun) və İker Kasilyas (177 oyun) qabaqlayır.

Xəbər xətti