"Sabah" "Mançester Siti" ilə qarşılaşacaq

15:28 - 16 Aprel 2025

“Sabah”ın U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.

Sportal.az xəbər verir ki, komandalar bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.

"Sabah"ın U-13 komandası turnirdə İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” komandaları ilə bir qrupda mübarizə aparacaq.

U-15 komandası isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.

U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək. Matçlar sabah səhər saatlarında baş tutacaq.

Xəbər xətti