Qrizmann gələcəyi ilə bağlı qərar verdi

16:57 - 16 Aprel 2025

"Atletiko"nun futbolçusu Antuan Qrizmann klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, fransalı hücumçu Madrid təmsilçisi ilə yeni müqavilə imzalayacaq. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Qrizmann "Atletiko" ilə razılıq əldə edib. Qarşıdakı günlərdə 34 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.

Qeyd edək ki, Antuan Qrizmann iki fərqli dönəmdə "Atletiko"nun heyətində keçirdiyi 435 rəsmi matçda 197 qol və 91 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti