Rumıniya mətbuatı FKSB-nin Çempionlar Liqasının təsnifat mərhələsindəki mümkün rəqiblərindən yazarkən, bu mövsüm çempion titulunu qoruyacağı təqdirdə, qarşılaşa biləcəkləri rəqiblər sırasında “Qarabağ”ın adını da qeyd ediblər.
Sportal.az xəbər verir ki, “iAM SPORT” portalı Azərbaycan çempionu haqda bunları yazıb:
"FKSB artıq bu turda çempionluğu qeyd edə bilər. Beləliklə, klubun rəhbəri Gigi Bekali əsas mərhələyə yüksəlmək istədiyi Çempionlar Liqasının yeni mövsümü üçün hesablamalara keçəcək. Rumıniya çempionunun 22,500 xallıq çox yaxşı reytinq əmsalı var ki, bu da onları 3-cü turda “Qarabağ”, “Ludoqorets” və ya “Malmö” kimi rəqiblərlə qarşılaşmayacaq".
Çempionlar Liqasının ilk iki mərhələsinin püşkatma mərasimi iyunun 17-18-də keçiriləcək. Xatırladaq ki, “Qarabağ” bu mövsüm Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda FKSB ilə qarşılaşmışdı(2:3).
saytlarin hazirlanmasi