Misli Premyer Liqasında 14-cü turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, üçüncü oyun günündə iki bir matç baş tutacaq.
"Qəbələ" "Turan Tovuz"la qarşılaşacaq.
"Neftçi" isə "Sabah"ın qonağı olacaq.
Xatırladaq ki, turun əvvəlki görüşlərində "Şamaxı" "Karvan-Yevlax"a (3:0) qalib gəlib, "Qarabağ" "Zirə" ilə xalları yarı bölüb (1:1).
Tura sabah 9-da yekun vurulacaq.
8 dekabr (bazar ertəsi)
17:00 "Qəbələ" - “Turan Tovuz” (təxirə salındı)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
20:00 “Sabah” - “Neftçi” 0:0 (birinci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
"Bank Respublika Arena"
