Rəhman Hacıyev 18-liyə düşə bilmədi
Türkiyə PTT birinci liqasında 11-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, yığma komandamızın üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu "Qaziantep BB" səfərdə "Samsunspor"la qarşılaşıb.
Görüş qazianteplilərin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə xalını 11-ə yüksəldən "Qazintep BB" turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Ufuk Budak əsas heyətdə yer alıbsa, Vaqif Cavadov ehtiyat oyunçular skamyasında oyunu izləyib. Rəhman Hacıyevin adı isə 18 nəfərlik heyətə daxil edilməyib.
Türkiyə PTT birinci liqası 11-ci tur
28 noyabr
"Samsunspor" - "Qaziantep BB" 1:4
Qollar: Musa Aydın, 24 - Ercan Yazıcı, 44-öz qapısına, Şola Ameobi, 50, Abdullah Halman, 70, Erdan Güneş, 76
saytlarin hazirlanmasi