Baş məşqçidən açıqlama
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçi"yə məğlub olan "Qaradağ Lökbatan"ın baş məşqçisi Adil Mahmudov oyun sonrası fikirlərini bölüşüb.
Sportal.az PFL-in rəsmis aytına istinadən xəbər verir ki, baş məşqçi bunları söyləyib:
"Kubok oyununa köklənmək tam başqadır. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah, “Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız var və həmin oyunlara hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi