Tərlan Əhmədov: "Meydançanın vəziyyəti oyuna təsir etdi"

15:45 - 3 Dekabr 2014

Baş məşqçidən açıqlama

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Neftçala"nı 2:1 hesabı ilə məğlub edən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bölüşüb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi bunları söyləyib:

 

"Bakıdan gələndə bilirdik ki, çox ağır oyun olacaq. Meydançanın vəziyyəti və hava durumu oyunun gözəlliyinə təsir etdi. Sevindiyim məqam da var. Azərbaycan çempionatının birinci dəstəsində “Neftçala” kimi mübariz komandanın olmasına görə şadam. Rəqib 90 dəqiqə mübarizə apardı. “Neftçala”nın potensialı var. Rəqibin rəhbərliyini və baş məşqçi Kamal Quliyevi təbrik edirəm. Qələbə qazansaq belə, oyundan razı qalmadım. Görüləsi işlərimiz çoxdur”.

Xəbər xətti