Kamal Quliyev: "Futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər"

15:50 - 3 Dekabr 2014

Baş məşqçidən açıqlama

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL-a 1:2 hesabı ilə məğlub olan "Neftçala"nın baş məşqçisi Kamal Quliyev oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi bunları söyləyib:

 

"AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır. Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”.

Xəbər xətti