Namiq Adilov: "Qarabağ"a qarşı oynamaq çox çətindir"

18:13 - 3 Dekabr 2014

"Biz möcüzəyə ümid edirdik"

 

Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK klubu “Qarabağ”a məğlub oldu.

 

Sportal.az xəbər verir ki, MOİK klubunun baş məşqçisi Namiq Adilov matç haqqında bunları deyib:

 

 “Oyuna hazırlaşmışdıq. Plan ondan ibarət idi ki, əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq çox çətindir. Buna görə də görüşün böyük hissəsini topsuz, ancaq qaçmaqla keçirdik. Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2 qol epizodu yarana bilər və bundan istifadə etmək lazımdır. Oyunçular bunu bacardılar. Biz möcüzəyə ümid edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”. 

Xəbər xətti