Aqil Məmmədov: "Bəxtimiz gətirmədi"

19:12 - 3 Dekabr 2014

"Rəqibdən üstün idik"

 

Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt” – “Bakı” oyunu gərginliyi ilə yadda qaldı. Penaltilər seriyasında qələbə qazanan “Bakı” adını növbəti mərhələyə yazdırdı

 

Sportal.az xəbər verir ki, "Sumqayıt klubunun baş məşqçisi Aqil Məmmədov qarşılaşma haqqında bunları deyib

 

“Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik. Əgər əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdır. Bəxtimiz gətirmədi”..

Xəbər xətti