Ramil Əliyev: "Səviyyə fərqi öz sözünü dedi"

20:25 - 3 Dekabr 2014

Baş məşqçidən açıqlama

 

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Simurq"a 0:6 hesabı ilə məğlub olan "Rəvan"ın baş məşqçisi Ramil Əliyev oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi bunları deyib:

 

"Simurq” Premyer Liqada çox yaxşı çıxış edir. Bu gün də rəqib layiqli qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdur. Premyer Liqa ilə I divizion arasında böyük uçurum var. Səviyyə fərqi öz sözünü dedi. Məğlubiyyəti faciəyə çevirməyəcəyik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Xəbər xətti