Telman Cavadov: "İnşallah, Premyer Liqada çıxış edəcəyik"

20:40 - 3 Dekabr 2014

Baş məşqçidən açıqlama

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində "İnter"ə 0:3 hesabı ilə məğlub olan "Şahdağ"ın baş məşqçisi Telman Cavadov fikrilərini bölüşüb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi bunları deyib:

 

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “İnter” Premyer Liqanın güclü komandasıdır. Biz isə “Şahdağ”ın güclü komanda olması üçün çalışırıq. İnşallah, Premyer Liqada çıxış edəcəyik. Premyer Liqa klubu ilə I Divizion təmsilçisi arasında səviyyə fərqi hiss olunur”.

Xəbər xətti