Rumınıyalı mütəxəssis komandasını 500-cü oyuna çıxartdı
	 
	Ukrayna Premyer Liqasının 10-cu tur çərçivəsində “Qoverla” qarşılaşma “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku üçün əlamətdar olub.
	 
	Sportal.az xəbər verir ki,  rumıniyalı mütəxəssisin başçılığı altında Donets  təmsilçisi 500-cü oyununa çıxıb. Həmin görüşdə “Qoverla”nı 4:1 hesablı ilə məğlub edən “Şaxtyor” bu qələbəni baş məşqçisi Mirça Luçeskuya hədiyyə edib.
	 
	Qeyd edək ki, “Qalatasaray”ın sabiq çalışdırıcısı “Şaxtyor”da ilk rəsmi matçına 22 may 2004-cü il tarixində çıxıb. Həmin oyunda Donetsk təmsilçisi “Karpatı” komandasına 5:0 hesabı ilə qalib gəlib. 
                      
saytlarin hazirlanmasi