Mbilla Etame isə "Samsunspor"da fərqləndi
Türkiyə PTT I liqasında 12-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" “Xəzər Lənkəran”dan göndərilinən Mbilla Etamenin formasını geyindiyi "Samsunspor"u ilə qarşılaşıb. Manisalılar doğma meydanra "Samsunspor"a 3:1 hesabı ilə məğlub olub.
Əsas heyətdə yer alan Etame 69-cu dəqiqədə komandasının 2-ci qoluna imza atıb. Branimir Subaşiç isə ikinci hissədə Hakan Barışı əvəzləyib.
Qeyd edək ki, "Manisaspor" 12 turdan sonra 10 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi