XV turda bir ilk
“Sumqayıt” tarixində ilk dəfə “Simurq”a qalib gəlib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XV turunun 2:1 hesabı ilə nəticələnən oyununadək 11 dəfə qarşılaşan rəqiblərin görüşlərində sumqayıtlılar cəmi 1 xal qazanmışdı.
1 heç-heçə edib, 10 dəfə uduzan komanda 12-ci cəhddə sindromu qırıb.
Aqil Məmmədovun yetirmələri həm də mövsümdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Son 8 oyunda qələbə qazana bilməyən “Sumqayıt” V turun “Bakı” ilə səfər oyunundan sonra 2 heç-heçə edib, 6 məğlubiyyət almışdı.
Sentyabrın 14-dəki qələbədən sonra növbəti uğuru 84 gün gözləməli olub. Meydan sahiblərinə qələbə qazandıran qol yubiley xarakteri daşıyıb. Məhəmməd Qurbanov komandasının ev oyunlarında 50-ci qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 57-ci qarşılaşmada qeydə alınıb.