Futbolçu 3 ay oynamayacaq
Türkiyənin "Beşiktaş" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mustafa Pektemek "Trabzonspor"la qarşılaşmada zədələnib.
İkinci hissədə oyuna daxil olan M.Pektemek matçın 71-ci dəqiqəsində başından zədələnib. Rəqibi ilə toqquşan 26 yaşlı futbolçunu yaxınlıqdakı xəstəxanaya aparılıb. Burnu qırılan M.Pektemek əməliyyat olunub.
Əməliyyatdan sonra futbolçunun 3 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
Qeyd edək ki, "Beşiktaş" - "Trabzonspor" İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb
saytlarin hazirlanmasi