AFFA-nın cəzaları Azərbaycan Kubokundan da yan keçmədi

13:35 - 9 Dekabr 2014

İntizam Komitəsinin iclası

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarında baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. 

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçi”  – “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində “Neftçi”  klubunun  futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçala”  – AZAL matçında “Neftçala”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

Oyunun 90+4-cü dəqiqəsində “Neftçala”  klubunun  futbolçusu Elvin Adışirinli və AZAL  klubunun futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanıb, AZAL  klubu 2000 , “Neftçala”  klubu 200 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Simurq”  – “Rəvan” matçının 55-ci dəqiqəsində “Rəvan”  klubunun  futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt”  – “Bakı”  matçında “Bakı”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Oyunun 83-cü dəqiqəsində “Sumqayıt”  klubunun futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 90+1-cü dəqiqəsində “Bakı”  klubunun futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Xəbər xətti