İstanbul təmsilçisində ciddi itki
Türkiyənin "Beşiktaş" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Demba Ba sıradan çıxıb. Hücumçu "Trabzonspor"la qarşılaşmada zədələnib.
29 yaşlı futbolçu artıq tibbi müayinədən keçib. Klub həkiminin verdiyi açıqlamaya görə seneqallı futbolçunun ayaq barmağında qırıq aşkarlanıb, Hücumçu ən az 20 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, İstanbul təmsilçisində Demba Ba ilə yanaşı Mustafa Pektemek də "Trabzonspor"la qarşılaşmada zədələnib.
saytlarin hazirlanmasi