Cerrard “Enfild” stadionunda 100-cu qolunu vurdu

03:00 - 10 Dekabr 2014

"Liverpul"un kapitan əvvəl sevindi, sonra üzüldü 
 
 
Çempionlar liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”lə qarşılaşmada bərabərə (1:1) qalan “Liverpul” qitənin nüfüfuzlu turnirində mübarizəni dayandırıb.
 
Sportal.az xəbər verir ki, qrupda 3-cü yeri tutan ingiltərə təmsilçisi bundan sonra mübarizəni Avropa Liqasının pley-off mərhələsində aparacaq. “Bazel”lə oyunda hesaba tarazlıq gətirən Stiven Cerrard “Enfild” stadionunda 100-cü qolunu vurub. “Liverpul”un kapitanı ilk qolunu 1999-cu ildə “Şeffild”lə 4:1 hesabı ilə qələbə qazandıqları qarşılaşmada vurub.       

Xəbər xətti