Komanda "Neftçi" matçı üçün yeni futbolçular dəvət etdi
Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma arenada "Simurq" üzərində qələbə qazanan (2:1) "Sumqayıt" növbəti 1 günlük istirahəti başa vurub.
Sportal.az xəbər verir ki, gələn turda səfərdə "Neftçi" ilə qarşılaşacaq Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da məşqə çıxıb.
"Kimyaçılar"ın heyətində zədəli və cəzalı futbolçu yer almır. Bu arada, əvəzedici komandanın iki üzvü - Fərid Kərimzadə və Ramil Orucov əsas komanda ilə məşqlərə qatılıb.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu dekabrın 14-də saat 17:00-da "Bakcel Arena"da keçiriləcək.