"Sumqayıt"ın veteranları klubun sponsorlarına və rəhbərliyinə qalib gəldi

22:45 - 10 Dekabr 2014

Ümumdünya futbol günü ilə əlaqədar tədbir keçirilib

 

10 dekabr - Ümumdünya futbol günü kimi qeyd edilir.

 

Sportal.az xəbər verir ki, bu günlə əlaqədar olaraq, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubu futbolsevərləri sevindirib.

 

Belə ki, "Kapital Bank Arena"da "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt"ın əməkdaşlarının birləşmiş komandası ilə Sumqayıt şəhərinin veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşmada "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov, texniki direktor Frank Bernhardt, məşqçilər - İlham Yadullayev, Samir Abasov, Etibar Tarıverdiyev Vəfadar Quliyev, İsmayıl Məmmədov, Azad Mütəllimov və s. kimi simalar çıxış edib.

 

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş veteranların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyundan sonra "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, klubun vitse-prezidenti Vaqif Ömərov və Sumqayıtın veteran futbolçusu Telman Salahov iştirakçılara üzərində "Sumqayıt"ın futbolçularının imzası olan topları hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib.

 

"Azərikimya" İB və "Sumqayıt" FK-nun birləşmiş komandası bu heyətlə çıxış edib: Aqil Məmmədov, Frank Bernhardt, Ceyhun Sultanov, İlham Yadullayev, Etibar Tarıverdiyev, Samir Abasov, Vəfadar Quliyev, Nail Məmmədov, Orxan Məhərrəmli, Samir Nəsirov, Vüqar Məmmədov, Aydın Xəlilov, Vüqar Rüstəmov, Vidadi Rüstəmov.

 

Baş məşqçi: Vaqif Paşayev
Məşqçi: Hikmət Bağırov

 

Sumqayıt veteranlar klubu bu heyətlə çıxış edib: Fəxrəddin Həsənov, İsmayıl Məmmədov, Əvəz Süleymanov, Azər Mehdiyev, Ramin Hüseynov, Vüqar Quliyev, Telman Kərimov, Kənan Hacıyev, Zakir Rəşidov, Rəşad Muradov, Elxan Orucov, Azad Mütəllimov, Rəşad Mustafayev.

 

Baş məşqçi: Telman Salahov
Məşqçi: Ağamusa Bağırov

Xəbər xətti