"Rəqib nə qədər güclü olarsa, bir o qədər xeyrimizədir"
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa çempionu PSJ ilə qarşılaşmaq istəyir.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məsafə yaxınlığını nəzərə alaraq Parisə getməyə üstünlük verib:
“Əgər belə bir fürsət mənə verilsəydi, PSJ-ni seçərdim. Paris yaxın olduğu üçün ora getmək daha əlverişlidir. Komandanı dəstəkləmək üçün azarkeşlər ora rahat gələrlər. Digər yandan yol xərçi də az çıxar. PSJ rəqib kimi güclü komandadır. Mən də belə bir komandaya qarşı oynamaq istəyirəm. Rəqib nə qədər güclü olarsa bir o qədər xeyrimizədir. Belədə futbolçuları oyuna yaxşı motivasiya olurlıar”.
saytlarin hazirlanmasi