ÇL-də 1/8 final mərhələsində rəqiblər bəlli oldu YENİLƏNİB

15:15 - 15 Dekabr 2014

Saat 15:00-da başlanacaq

 

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması keçiriləcək.

 

Sportal.az xəbər verir ki, püşkatma Bakı vaxtıyla saat 15:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.

 

1/8 final mərhələsində iştirak edəcək 16 komanda 8 ölkəni təmsil edir. Bu mərhələdə Almaniya 4, İngiltərə və İspaniya 3, Fransa 2, Portuqaliya, İtaliya, İsveçrə və Ukrayna isə 1 klubla təmsil olunacaq. Püşkatmada eyni qrupda yer almış və eyni ölkəni təmsil edən klublar bir-biri ilə qarşılaşa bilməzlər.

 

 

“Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya)

 

“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya)

 

“Arsenal” (İngiltərə) - “Monako” (Fransa) 

 

PSJ (Fransa) - “Çelsi” (İngiltərə)

 

“Yuventus” (İtaliya) - “Borussiya” D (Almaniya)

 

“Bayer” (Almaniya) - “Atletiko” M (İspaniya)

 

“Şalke” (Almaniya) - “Real” (İspaniya)

 

“Bazel” (İsveçrə) - “Porto” (Portuqaliya)

Xəbər xətti