Prosineçkiyə növbəti hədiyyə FOTO

13:10 - 17 Dekabr 2014

Futbol forması hədiyyə verilib

 

Bu gün "Kapital Bank Arena"da 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubun U-17 komandası arasında yoldaşlıq oyununu keçirilib.

 

Sportal.az "Sumqayıt" klubunun rəsmi saytına istinadən xəbər verir ki. maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" FK U-17 2:1 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Murad Məmmədxanov və Elmin Bayramov vurub.

 

Qarşılaşmanı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də izləyib. Fasilə zamanı klubun prezidenti Kamran Quliyev xorvatiyalı mütəxəssisə "Kapital Bank Arena"nın inzibati binası ilə tanış edib. Görüş zamanı "Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov və əvəzedici komandanın çalışdırıcısı Samir Abasov da iştirak edib. Daha sonra Prosineçkiyə "Sumqayıt" FK-nun ənənəvi 50 nömrəli futbol geyimi hədiyyə edilib.

 

Xəbər xətti