Oğuz Çətin futbolçulara istirahət vermədi

10:25 - 19 Dekabr 2014

XVIII tura hazırlıq

 

Dünən doğma meydanda “Qarabağ” klubuna 2:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz hazırlaşacaq.

 

Sportal.az 12cioyuncu.info-ya istinadən xəbər verir ki, "ağ-yaşıllar" bu gün stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirəcək. 

 

Hazırlıq prossesinin ardından özünün baza-otelində dincələcək komanda daha iki gün burada məşq edəcək.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın 18-ci turu çərçivəsində, dekabrın 21-də “Fırtınalar meydanı”nda AZAL klubunu qəbul edəcək. Bu oyun ilin son qarşılaşması olacaq və ardınca futbolçular yanvar ayının əvvəlinə qədər sərbəst buraxılacaqlar.

Xəbər xətti