Baş məşqçidən açıqlama
Premyer Liqada mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalar da istirahətə yollanıb. Nəzərinizə çatdıraq ki, "Sumqayıt" Futbol Klubunun əvəzedici komandası 18 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb. Əvəzedicilərin 3-cü dövrə üçün hazırlıq planı barəsində komandanın baş məşqçisi Samir Abasov danışıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abbasov öz açıqlamasında bunları qeyd edib:
"İlk növbədə arxada qalan iki dövrənin bizim üçün uğursuz keçdiyini söyləməliyəm. Kifayət qədər səhvlərimiz olduğundan istədiyimiz nəticələri qazana bilmədik. Heyətdə yer alan futbolçularımızın əksəriyyəti gənclərdir. Təcrübəsizlik də bizim uğursuz çıxışımıza təsir edən amillərdən idi. İnşallah yanvarın 3-dən etibarən 3-cü dövrənin hazırlığına start verəcəyik. Heyətdə bəzi dəyişikliklər olacaq. 3-4 futbolçu kollektivdən ayrılacaq. Seleksiya xarakterli təlim-məşq toplanışları təşkil edib heyətə yeni simalar cəlb etməyi düşünürük. Bildiyiniz kimi, qış fasiləsi zamanı heyətə yeni futbolçu cəlb etmək məsələsi çətinləşir. Bu səbəbdən seçimdə öz akademiyamızın futbolçularına üstünlük verəcəyik. "Sumqayıt" FK-nun akademiyasında xeyli perspektivli gənc futbolçular var. Məşqçilər heyəti ilə əsas iş prinsipimiz bu yöndə olacaq. Hazırlıq prosesi çərçivəsində 3-4 yoxlama oyunu keçirəcəyik. İnşallah çempionatda 3-cü dövrənin startına qədər komandanı hazır vəziyyətə gətirərik".
saytlarin hazirlanmasi