İngiltərə Premyer Liqası: "Çelsi" qaçır, "Mançester Siti" qovur

00:10 - 27 Dekabr 2014

“Qırmızı şeytanlar” da turu qələbəylə başa vurdu
 
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub. Tura lider “Çelsi”nin oyunu ilə start verilib. London derbisində “Çelsi” “Vest Hem”lə üz-üzə gəlib.  “Zadəganlar” rəqibinə 2 cavabsız qolla qalib gəlib.
 
Liderin  izləyicisi “Mançester Siti” “Vest Bromviç”in qonağı olub.  “Şəhərlilər” səfərdə rəqibini 3:1 hesabı ilə mğlub etməyi bacarıblar.  “Mançester Yunayted” isə evdə “Nyukasl”a eyni hesabla qalib gəlib.  
 
 
İngiltərə Premyer Liqası 18-ci tur
 
 
26 dekabr
 
"Çelsi” – “Vest Hem”  2:0
Qollar: Terri, 31, Dieqo Koşta, 62
 
“Bernli” – “Liverpul”  0:1
Qol: Sterlinq, 62
 
“Kristal Pelas” – “Sauthempton”  1:3
Qollar: Dann, 86 - Mane, 17, Bertrand, 48, Alderveyreld, 53 
 
“Everton” – “Stok Siti”  0:1
Qol: Krkiç, 38-pen
 
“Lester” – “Tottenhem”  1:2
Qollar: Ulloa, 48 – Kin, 1, Eriksen, 71
 
“Mançester Yunayted” – “Nyukasl”  3:1
Qollar: Runi, 23, 36, van Persi, 53 - Sisse, 87-pen
 
“Sanderlend” – “Hall Siti”  1:2
Qollar: Conson, 1 – Ramires, 32, Şester, 51
 
“Suonsi” – “Aston Villa"  1:0
Qol: Siqurdsson, 13
 
“Vest Bromviç” – “Mançester Siti”  1:3
Qollar: Braun, 86 - Fernando, 8, Yaya Ture, 13-pen, Silva, 34
 
“Arsenal” – KPR  2:1
Qollar: Sançes, 37, Rosiski, 65 - Austin, 79-pen

Xəbər xətti