"Yerli klublarla çox maraqlanmıram"
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi
-“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra adın bir neçə klubla hallandı. Hansısa klubla razılığa gəlmisən?
- Təkliflər çoxdur. Hələ ki, mümkün variantları nəzərdən keçirirəm. Şərtlərimi irəli sürmüşəm, hansı klub razılaşsa, onunla müqavilə imzalayacam.
- “İnter”lə danışıq apardığın bəllidir. Digər klublar hansılardır?
- Yerli klublarla çox maraqlanmıram. Sözün düzü, onlarla çox danışmamışam. Fikrim Türkiyədə çıxış etməkdir. Variantlar çoxdur. Hazırda hər bir klubun şərtləri barədə düşünürəm.
- Yəni Türkiyədə oynamaq variantı daha realdı?
- Bəli, bunu özüm də çox istəyirəm. Həm Türkiyə I divizionu, həm də superliqada çıxış edə bilərəm.
- Superliqa klubundan təklif alımısan?
- Bəli, elə hazırda da həmin klubun şərtləri haqda düşünürəm. İndidən danışma istəmirəm. Hər zaman danışıq apardığım klubların adını açıqlamışam. Ancaq gəlin, indi səbr edək. Tam razılıq əldə edəndən sonra ətraflı danışaram.
-Yəqin ki, superliqa klubunu seçərsən.
- Əlbəttə, ən birinci bu variantı düşünürük.
Mənbə:qol.az
saytlarin hazirlanmasi