Sarate komandasını dəyişir

02:30 - 30 Dekabr 2014

Hücumçu mövsümün ikinci yarısını KPR-də keçirəcək
 
“Vest Hem” klubunun hücumçusu Maurio Sarate komandasını dəyişə bilər.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu mövsümün ikinci yarısını KPR-də işarə əsasında keçirəcək. Əgər 6 ay ərzində futbolçu baş məşqçi Harri Rednappın etimadını qazansa, onda KPR onun transfer hüququnu “Vest Hem”dən alacaq.
 
Argentinanın “Veles Sasfeld” klubundan İngiltərə təmsilçisinə keçən futbolçu cari mövsüm 7 oyunda meydana çıxıb və rəqib qapıların 2 dəfə yol tapıb.            

Xəbər xətti