Subaşiç oynadı, komandası 1 xal qazandı

14:05 - 28 Yanvar 2015

Kubok matçı

 

Türkiyə Kubokunda qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda "Akhisar BS" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç fasilədə əvəzlənib.

 

Qeyd edək ki, "Manisaspor" hazırda 4 xalla qrup sonuncusudur.

Xəbər xətti