Hücumçumuz oynadı, komandası Superliqa klubu ilə heç-heçə etdi

17:30 - 29 Yanvar 2015

PTT 1-ci Liqa təmsilçisi rəqibindən 1 xal aldı
 
Türkiyə kubokunun qrup mərhələsində 5-ci turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” da növbəti matçına çıxıb.
 
Komanda doğma meydanda Superliqa klubu “Akhisar BB” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç 46 dəqiqə meydanda olub. 
 
Qeyd edək ki, “Manisaspor” 5 oyundan sonra 4 xalla B qrupunda sonuncu pillədə qərarlaşıb.
 

Xəbər xətti