İstanbul nəhəngi yerli futbolçulara güvənir

16:50 - 30 Yanvar 2015

"Beşiktaş"da beş yeni müqavilə
 
Türkiyənin "Beşiktaş" klubu beş futbolçusu ilə müqaviləni yeniləyib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Veli Kavlak, Cenk Gönen, Ersan Adem Gülüm, Mustafa Pektemek və Atınç Nukanla müqavilənin müddəti uzadılıb.
 
Bu futbolçuların hər biri ilə dörd illik yeni müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Beşiktaş" Türkiyə superliqasında hazırda 38 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər xətti