"Qalatasaray" "Burasaspor"la oyuna ciddi itki ilə çıxacaq

17:40 - 30 Yanvar 2015

Komanda Səlçukun xidmətindən yararlana bilməyəcək
 
"Qalatasaray" Türkiyə Superliqasının 19-cu turunda "Bursaspor"la matça ciddi itki ilə çıxacaq.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın kapitanı Səlçuk İnan sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə iştirak etməyəcək. 
 
“Rizəspor”la oyunda ciddi zədə alan Burak Yılmazın isə bu matçda meydana çıxıb-çıxmayacağı bəlli deyil.
 
Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" oyunu fervarıln 1-i, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti