"Qəbələ" ilə danışdıq, Kamran Ağayevdən cavab gözləyirik"

18:20 - 30 Yanvar 2015

Baş məşqçidən açıqlama
 
“Kamran Ağayevi heyətimizə qatmaq istəyirik. Təbii ki, danışıqlar gedir. Tezliklə məsələyə aydınlıq gəlməlidi”.
 
Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin “Adana Dəmirspor” klubunun təhlilçi-məşqçisi Səlçuk Ərdoğan deyib.
 
Azərbaycan millisinin və “Qəbələ”nin qapıçısı Kamran Ağayevlə danışıqları davam etdirən Adana təmsilçisi onu transfer etməkdə israrlıdı. Ərdoğanın sözlərinə görə, hazırda klub rəhbərliyi və məşqçilər korpusu Kamranın cavabını gözləyir: “Kamranı transfer etmək istədiyimiz doğrudu. Onun adı bizimlə boş yerə hallanmır. Biz bununla bağlı “Qəbələ” klubuna da müraciət etmişik. Kamranın özü ilə də danışıq aparırıq. Hazırda onun cavabını gözləyirik”.
 
Mənbə:apasport.az

Xəbər xətti