Futbolçu meydanda huşunu itirdi

00:45 - 31 Yanvar 2015

Salih Dursun xəstəxanalıq oldu
 
Türkiyə Superliqasında 18-ci turuunda “Trabzonspor” - “Kayseri Ərciyəsspor” matıçında meydan sahiblərinin futbolçusu ciddi xəsarət alıb.
 
Sportal.az xəbər verir ki, oyunun 30-cu dəqiqəsində Salih Dursun hava mübarizəsində rəqib futbolçuyla toqquşub,
 
Salih Dursun toqquşmada huşunu itirərək yerdən qalxa bilməyib. Həkimlərin ilkin tibbi yardımından sonra futbolçu təcili yardımla xəstəxanaya aparılıb.  

Xəbər xətti