Futbolçumuz oynadı, komandası məğlub oldu

18:00 - 31 Yanvar 2015

XVIII turun matçı
 
Türkiyə PTT 1-ci liqasında 18-ci turun oyunları keçirilir. 
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" səfərdə "Alanyaspor"la qarşılaşıb. 
 
Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Subaşic görüşün 64-cü dəqiqəsində meydana daxil olub.
 
Qeyd edək ki, "Manisaspor" turnir cədvəlində 17 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti