Mihir Şükürov oynadı, komandası 1 xala razı oldu

10:15 - 1 Fevral 2015

Futbolçumuz sarı vərəqə ilə cəzalandırıldı
 
Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.
 
Komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə meydanda olub. Millimizin müdafiəçisi 53-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
 
Qeyd edək ki, "Karşıyaka" turnir cədvəlində 26 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti