Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIX tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu turda "Simurq" doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşıb. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.