Vaqif Cavadov sabiq komandasına qarşı oynadı

18:00 - 1 Fevral 2015

18-ci turun matçı
 
Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Vaqif Cavadovun çıxış etdiyi "Boluspor" da növbəti matçına çıxıb. Komanda doğma meydanda "Qaziantep BB" ilə qarşılaşıb.
 
Matç meydan sahibələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz görüşün 87-ci dəqiqəsində meydana daxil olub.
 
Qeyd edək ki, "Boluspor" turnir cədvəlində 23 xalla 10-cu pillədə qərarlaşıb. 

Xəbər xətti