XX turda istirahət etsə də...
Premyer Liqanın 3-cü dövrəsinə "İnter"lə heç-heçə ilə başlayan "Sumqayıt" Futbol Klubu 2 günlük istirahəti başa vurub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün səhər "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır. Baş məşqçi Aqil Məmmədov əvəzedici komandadan 2 futbolçu - Ramil Orucov və Aqil Güləhmədovu əsas heyətə cəlb edib.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda istirahət edəcək.
saytlarin hazirlanmasi