Növbəti matç...
Klubların futbol akademiyalarının (KFA) turnirinə start verilib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 7 klubun mübarizə apardığı və bir dövrədən ibarət olan 11 yaşadək futbolçuların yarışında “Neftçi” PFK-nın U-11 komandası uğurla iştirak edir. Baş məşqçi Vaqif Əliyevin yetirmələri keçirdiyi üç oyunun hamısında qalib gəlib. Nəticələri təqdim edirik:
1-ci tur
“Neftçi” – “Qəbələ”3:2
Qollar: Ağadadaş Salyanski, Tunar Mehdiyev, Nurlan Musayev.
2-ci tur
“Rəvan”–“Neftçi”0:3
Qollar: Məmməd Əhmədov, Ağadadaş Salyanski, Bahadur Quliyev.
3-cü tur
“Neftçi” – “Bakı” 3:1
Qollar: Nurlan Musayev (2), Tunar Mehdiyev.
Komanda növbəti oyunlarını fevralın 8-də keçirəcək. “Neftçi” həmin gün “Qarabağ”, AZAL və “Sumqayıt”la qarşılaşacaq.
saytlarin hazirlanmasi