Qurum Premyer Liqa klublarına cəza verə bilmədi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqa klublarından heç biri cəzalandırılmayıb.
Ölkə çempionatında 19-cu turun ilk qarşılaşması olan AZAL – “Neftçi” matçında ümumiyyətlə, sarı və qırmızı vərəqə olmayıb.
Digər üç görüşdə isə bir komandada dörd futbolçu sarı vərəqə almadığına görə, qaydaya əsasən, klublara cəza verilməyib.
Qeyd edək ki, maddi cəzanın verilməsi üçün bir klubdan ən azı üç oyunçu sarı vərəqə almalıdır.
saytlarin hazirlanmasi