Yarımmüdafiəçi Bundesliqaya geri dönə bilər
"Real"ın almaniyalı yarımmüdafiəçisi Sami Xedira karyerasını öz vətənində davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu il "kral" klubu ilə olan müqaviləsi bitən 27 yaşlı futbolçu azad agent kimi "Bavariya" ilə müqavilə imzalaya bilər. Həmçinin, Xedira ilə Dortmund "Borussiya"sı da yaxından maraqlanır.
Qeyd edək ki, Xedira bu mövsüm "Real"ın heyətində 15 matça çıxsa da, oyunun sonlarına yaxın meydana çıxmaq şansı əldə edib.
saytlarin hazirlanmasi