Hücumçumuz oynadı, komandası səfərdə qələbə qazandı

17:30 - 4 Fevral 2015

Türkiyə kuboku
 
Türkiyə ölkə kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.  
 
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" səfərdə "Keciorengücü" ilə qarşılaşıb.
 
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.Subaşic bu qarşılaşmada 90 dəqiqə meydanda olub. Manisa təmsilçisi bu qələbədən sonra növbəti mərhələyə yüksəlib.  

Xəbər xətti